“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov karyerasında əllinci qələbəsini qazanıb
Azərbaycan Premyer Liqasının ikinci turu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub.

Mütəxəssis karyerasında 50-ci qələbəsini qazanıb. Onun yetirmələri “Sabah”la ev matçında 2:0 hesabı ilə qalib gəlib.

Bu qələbə onun karyerasında 135-ci matça təsadüf edib. A.Abbasov “Sumqayıt”da 28 (84 oyunda), bundan əvvəl çalışdığı “Zirə”də 22 (51) oyunda komandasının qalib gəlməsinə sevinib.

Bu qələbələrdən 41-i Premyer Liqaya təsadüf edib.

Mütəxəssis Azərbaycan kubokunda 7, Avropa Liqasında 2 uğura şahid olub.

Xəbər 235 dəfə oxundu.