Şahmatçımız Aqzamov memorialında yeddinci yeri tutub | |
Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan şahmatçılarının da qatıldığı Aqzamov memorialı başa çatıb. Yarışın güclü A turnirində iştirak edən şahmatçımız Misrətdin İsgəndərov 6,5 xalla yeddinci yeri tutub. Digər təmsilçilərimiz Məhəmməd Muradlı və Vüqar Rəsulov 5 xalla müvafiq olaraq 25-ci və 29-cu pillədə qərarlaşıblar. Yarış İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub. |
|
Xəbər 369 dəfə oxundu. |
|
|