Millimizin Xorvatiya və Avstriya yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Velika Qoritsa şəhərindəki şəhər stadionunda Xorvatiya, beş gün sonra isə Rid-innkreys şəhərindəki “Josko Arena”da Avstriya yığması ilə qarşılaşacaq. Bu məqsədlə Bakıda yığmamızın təlim-məşq toplanışı təşkil olunub.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, avqustun 29-dək davam edəcək hazırlıq prosesində Nicat Mehbalıyev (“Qəbələ”), Rüstəm Samiqullin (“Sabah”), Əkbər Vəliyev (“Keşlə”), Rauf Hüseynli (“Zirə”), Arsen Ağcabəyov (“Sabah”), Rüfət Əhmədov

(“Qəbələ”), Bəşir Ayralov (“Zaqatala”), Cəlal Hüseynov (“Zirə”), Mert Çelik (“Neftçi”), Elçin Mustafayev (“Keşlə”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Asim Əlizadə (“Neftçi”), Şakir Seyidov (“Sabah”),

Ədilxan Qarəhmədov (“Səbail”), Veysəl Rzayev (“Sabah”), Fərid Yusifli (“Neftçi”), Turan Vəlizadə (“Keşlə”), Rüfət Abdullazadə (“Sumqayıt”), Vüsal Əsgərov, İsmayıl Zülfüqarlı (hər ikisi “Neftçi”),

Camal Cəfərov, Kamran Quliyev (hər ikisi “Sabah”), Musa Qurbanlı və İbrahim Hüseynov (hər ikisi “Qarabağ”) iştirak edirlər.

Qeyd edək ki, “Neftçi”dən dəvət olunan M.Çelik, A.Əlizadə, V.Əsgərov və “Qarabağ” klubunun futbolçusu M.Qurbanlı komandasının Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra düşərgəyə qoşulacaq.

Xəbər 394 dəfə oxundu.