Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Atletlər kəndində idmançılarımızla görüşüb
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Tokioda Atletlər kəndində idmançılarla görüşüb.

Görüşdə komitə prezidenti İ.Rəhimov idmançılar üçün yaradılmış şəraitlə tanış olub, onların fiziki və psixoloji vəziyyətləri ilə maraqlanıb.

Komitə rəhbərliyi idmançılarımıza qarşıdan gələn yarışlarda uğurlar arzulayıb.

Görüşdə baş katib Kamal Məmmədov da iştirak edib.

Qeyd edək ki, “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

Xəbər 336 dəfə oxundu.