Xüsusi Olimpiyaçı qızlar arasında həndbol yarışı keçiriləcək
Bu gün Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında qızlar arasında həndbol üzrə seçmə yarış keçiriləcək.

Yarış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutacaq.

Yarış xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisə şagirdlərindən, məzunlarından, eyni zamanda ailələrdən olan idmançılar arasında xüsusi Olimpiya proqramına uyğun keçiriləcək.

Turnirdə 12 komandanın tərkibində 120 atlet mübarizə aparacaq.

Yarış 2022-ci ilin beynəlxalq turnirlərinə seçmə xarakteri daşıyır.

Xəbər 337 dəfə oxundu.