“Tokio-2020”: Güllə atıcılığı üzrə milli Paralimpiya komandamız Yaponiyaya yola düşüb
“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək güllə atıcılığı üzrə milli komandamız avqustun 22-də Yaponiyaya yola düşüb.

Paralimpiya Oyunlarının atıcılıq yarışlarında ölkəmizi Yelena Taranova və Kamran Zeynalov təmsil edəcəklər.

Artıq milli Paralimpiya komandamızın idmanın dörd növü üzrə heyətləri Tokioda Atletlər kəndindədir.

Xəbər 351 dəfə oxundu.