Bu gün Azərbaycan Premyer Liqasının ikinci turuna yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna yekun vurulacaq.

Günün ilk oyununda ölkə çempionu “Neftçi” klubu “Zirə”nin qonağı olacaq. Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək oyunu baş hakim Kamal Umudlu idarə edəcək. Matç saat 18:30-da start götürəcək.

Tura “Qarabağ”-“Səbail” oyunu ilə yekun vurulacaq. “Azersun Arena”da təşkil olunacaq matç saat 20:30-da başlayacaq. Oyun baş hakim Elçin Məsiyevə tapşırılıb.

Turun digər oyunlarında “Qəbələ” evdə “Keşlə”ni 2:1, “Sumqayıt” isə “Sabah”ı 2:0 hesabı ilə üstələyib.

Xəbər 346 dəfə oxundu.