“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsinə qələbə ilə başlayıb
“Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının ilkin mərhələsinə qələbə ilə başlayıb.

Son ölkə çempionu Latviyanın Salaspils şəhərində keçirilən ilk oyununda Cəbəllütariqin "Europa" kollektivini 9:2 hesabı ilə məğlub edib.

Naxçıvan təmsilçisi avqustun 22-də “Kampuksen Dinamo” (Finlandiya), iki gün sonra isə “Raba” (Latviya) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Xəbər 345 dəfə oxundu.