Yeniyetmə cüdoçularımız Avropa birinciliyində çıxış edəcəklər
Sentyabrın 9-da Lüksemburqda cüdo üzrə yeniyetmələr arasında Avropa birinciliyi start götürəcək.

Yarışda Azərbaycanı 12 cüdoçu təmsil edəcək. Belə ki, oğlanların yarışında Turan Bayramov, Qasım Vəlizadə (hər ikisi 60 kq), Rəşad Quluzadə, Çingiz Fəttahov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli (81 kq) və Ruslan Nəsirli (100 kq) mübarizə aparacaqlar.

Qızların yarışında isə Aydan Vəliyeva, Könül Əliyeva (48 kq) və Ülviyyə Bayramova (52 kq) çıxış edəcəklər.

Turnir sentyabrın 9-dək davam edəcək.

Xəbər 377 dəfə oxundu.