Aqzamov memorialı: Şahmatçımız Misrətdin İsgəndərov növbəti turda rusiyalı şahmatçı ilə qarşılaşacaq
Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan şahmatçılarının da qatıldığı Aqzamov memorialı davam edir.

Artıq şahmatçılar 6 turda iştirak ediblər. Yarışın güclü A turnirində çıxış edən şahmatçılarımızdan ən yaxşı nəticəni Misrətdin İsgəndərov göstərib. Belə ki, şahmatçımız 6-cı turda qələbə qazanaraq aktivinə daha 1 xal yazdırıb. Bununla da xallarının sayını 4-ə çatdıran təmsilçimiz 6-19-cu yerləri bölüşür. Növbəti turda onun rəqibi rusiyalı Artur Qabrielyan olacaq.

Digər şahmatçılarımız Məhəmməd Muradlı və Vüqar Rəsulov 3 xal toplayıblar.

Yarış avqustun 22-dək davam edəcək.

Xəbər 349 dəfə oxundu.