Gürcüstan paralimpiyaçısının akkreditasiyası ləğv edilib
Tokio Yay Paralimpiya Oyunlarında iştirak etməli olan Gürcüstan paralimpiyaçısı, “Rio-2016”nın qalibi, 34 yaşlı cüdoçu Zviad Qoqoçurinin (90 kq) akkreditasiyası ləğv edilib.

Bu barədə “Tokio-2020”nin təşkilat komitəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Gürcüstan millisinin digər üzvlərinə də gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün xəbərdarlıq edilib.

Bundan əvvəl gürcüstanlı paralimpiyaçının Tokioda hotelin təhlükəsizlik işçisini itələdiyi və nəticədə onun ağır yaralandığı bildirilmişdi. Kyodo agentliyinin verdiyi məlumata görə, paralimpiyaçı həmin vaxt sərxoş olub.

Tokio Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

Xəbər 339 dəfə oxundu.