Milli Paralimpiya komandamızın ilk heyəti Tokioda yerləşən Atletlər kəndinə gedib
Milli Paralimpiya komandamızın ilk heyəti Tokioda yerləşən Atletlər kəndinə gedib.

Yaponiyanın Şika şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edən üzgüçülük üzrə milli komandamız avqustun 20-də Atletlər kəndində yerləşiblər.

“Tokio-2020” Yay Paralimpiya Oyunlarının üzgüçülük yarışlarında ölkəmizi Vəli İsrafilov, Danna Şandıbina və Saleh Raman təmsil edəcəklər.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

Paralimpiadanın açılış mərasimi avqustun 24-də Tokio Milli Olimpiya Stadionunda keçiriləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq.
Qeyd edək ki, XVI Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək Tokioda keçiriləcək.

Xəbər 337 dəfə oxundu.