Yunan-Roma güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulublar
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Beşinci yarış günündə - avqustun 20-də 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Güləşçilərimizdən Elmir Əliyev (55 kq) Əmirrza Dehbozorgi (İran), Ziya Babaşov (63 kq) rusiyalı Səid Bakayev, Elcan Məmmədov (77 kq) Polşa təmsilçisi Konrad Kozlovski, Laçın Vəliyev (87 kq) serbiyalı Mario Vukoviç, Sərxan Məmmədov (130 kq) isə Əmirməhəmməd Bayat (İran) ilə qarşılaşacaq.

Xəbər 360 dəfə oxundu.