Bu gün 5 idmançımız yarışacaq

Avqustun 11-də - XXX London Yay Olimpiya Oyunlarının 15-ci yarış günündə Azərbaycanın beş idmançısı mübarizə aparacaq.

Mübarizəyə qoşulacaq sərbəst güləşçilərimizdən Toğrul Əsgərov (60 kq) almaniyalı Tima Şlayxerlə, Şərif Şərifov (84 kq) türkiyəli İbrahim Bolukbası ilə, Cəmaləddin Maqomedov (120 kq) rusiyalı Bilal Maxov ilə qarşılaşacaqlar. Güləş yarışları Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Təsnifat yarışlarında 111.850 xalla qrup üçüncüsü kimi əsas finala yüksələn bədii gimnastımız Aliyə Qarayeva 17:30-dan mübarizəyə qoşulacaq.

Atletimiz Hayle İbrahimov 5000 metr məsafəyə qaçış yarışlarının final mərhələsində iştirak edəcək. Yarışa saat 23:30-da start veriləcək.

Xəbər 975 dəfə oxundu.