Paralimpiya Oyunlarının rəmzi Tokio körfəzinə gətirilib
Tokioda keçiriləcək Paralimpiya Oyunlarının rəmzi avqustun 20-də Tokio körfəzinə gətirilib.

Paralimpiya Oyunlarının rəmzi Tokionun Odayba dəniz parkında nümayiş etdiriləcək.

Qırmızı, göy və sarı rənglənmiş simvolun eni 23, hündürlüyü 17 metrdir. Paralimpiya Oyunlarının sonunadək körfəzdə qalacaq rəmz hər gün axşam saat 19:00-dan səhər saat 5:00-dək işıqlandırılacaq.

Tokio sakinlərinə müraciət edən rəsmi nümayəndələr sakinləri və paytaxtın qonaqlarını həmin yeri ziyarət etməməyə, rəmzi kütləvi informasiya vasitələrindən izləməyə çağırırlar.

Buna səbəb kimi, koronavirus pandemiyası ilə əlaqədar paytaxtda fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu göstərilir. Bildirilir ki, insanların kütləvi şəkildə əraziyə toplaşması virusun yayılması riskini daha da artıra bilər.

Xəbər 354 dəfə oxundu.