Bosniya-Herseqovina–Azərbaycan oyununda hesab açılmayıb
Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşma 0:0 hesabı ilə nəticələnib.

Komandalar arasında keçirilən ilk oyunda millimiz 0:1 hesabı ilə məğlub olub.

Xəbər 336 dəfə oxundu.