Bu gün şahmat üzrə Avropa çempionatının qalib və mükafatçıları müəyyənləşəcək
Bu gün Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının sonuncu turunun oyunları keçiriləcək.

Çempionatın sonuncu turunda Gülnar Məmmədova Sophie Millier (Fransa), Günay Məmmədzadə Leia Qarifullina (Rusiya), Xanım Balacayeva Aleksandra Maltsevskaya (Rusiya), Gövhər Beydullayeva Nurgül Səlimova (ECU), Ülviyyə Fətəliyeva Tranq Hoanq (Macarıstan), Türkan Mammədyarova Monika Rozman (Sloveniya), Zeynəb Məmmədyarova Marina Makropoulou (Yunanıstan), Xəyalə Abdulla Aleksandra Tarasenko (Belarusiya), Ayan Allahverdiyeva Veronika Kostina (İsveçrə), Nəsrin Babayeva Andrea Nastase (Rumıniya) ilə mübarizə aparacaqlar.

Qitə çempionatında ötən turların nəticəsinə görə, G.Məmmədova 6-cı, G.Məmmədzadə 11-ci, G.Beydullayeva 26-cı, X.Balacayeva 31-ci, Ü.Fətəliyeva 38-ci, Zeynəb Məmmədyarova 59-cu, T.Məmmədyarova 67-ci, X.Abdulla 71-ci, N.Babayeva 88-ci, A.Allahverdiyeva 101-ci yerdədirlər.

Xəbər 341 dəfə oxundu.