İlqar Rəhimov: Komandamız ölkəmizi Tokioda layiqincə təmsil edəcək
Bir neçə gündən sonra Paralimpiya Oyunlarına start veriləcək. Avqustun 24-də Tokioda möhtəşəm açılış olacaq. Bu gün komandamız böyük bir heyətlə Yaponiyaya yola düşür.

Bu sözləri paralimpiya yığmamızın yolasalma mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov jurnalistlərə açıqlamasında söyləyib.

O deyib: “Tokio Paralimpiya Oyunlarına rekord sayda idmançı ilə qatılırıq. Paralimpiyaçılarımız idmanın 47 növündə mübarizə aparacaqlar. Bunu çəkinmədən deyə bilərəm ki, əvvəlki Paralimpiya Oyunlarına gedən komandalarımızla müqayisədə Tokioya gedən yığmamız ən güclü komandadır. İnanıram ki, komandamız Tokioda ölkəmizi layiqincə təmsil edəcək və Azərbaycan idmanının nəyə qadir olduğunu göstərəcək. Uzaq Gündoğar ölkədə Azərbaycanın himni mütləq səslənəcək və bayrağı dalğalanacaq”.

AZƏRTAC

Xəbər 336 dəfə oxundu.