Fərid Mansurov: İnanıram ki, komandamız uğurları ilə bizləri sevindirəcək
Paralimpiyaçılarımız indiyədək bir sıra uğurlara imza atıblar. Onlar müstəqilliyimiz dövründə qatıldıqları Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil ediblər.

Bu sözləri paralimpiya yığmamızın yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri, Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov jurnalistlərə açıqlamasında deyib.

“İnanıram ki, komandamız bu dəfə də uğurları ilə bizləri sevindirəcək. Komandamıza bu məsul yarışda uğurla çıxış etməyi, himnimizi səsləndirməyi və yüksək əyarlı medallarla vətənə dönməyi arzu edirəm”, – deyə Fərid Mansurov bildirib.

Xəbər 345 dəfə oxundu.