“Qarabağ” doğma meydanda "Aberdin"i məğlub edib
EFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Aberdin” komandaları arasında oyun başa çatıb.

Ağdam təmsilçisi doğma meydanda qələbə qazanıb. Matçda yeganə qolun müəllifi yarımmüdafiəçi Xayme Romero olub.

Tofiq Bəhramov adına Respublika stadionunda start götürən matçı Sloveniyadan olan hakimlər briqadası idarə edib.

Xəbər 345 dəfə oxundu.