Qadın güləşçimiz Jalə Əliyeva dünya çempionatında bürünc medal qazanıb
Qadın güləşçimiz Jalə Əliyeva Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Turnirdə 59 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz dörddəbir finalda Polşa təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib. Növbəti görüşündə yerli idmançıya məğlub olan güləşçimiz avqustun 19-da bürünc medal uğrunda görüşə çıxıb. Hindistan idmançısı Kusum Kusuma qalib gələn J.Əliyeva dünya çempionatını üçüncü pillədə başa vurub.

Xəbər 360 dəfə oxundu.