Şəhriyar Məmmədyarov “Champions Chess Tour”un sonuncu mərhələsində iştirak edəcək
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının sonuncu mərhələsinin iştirakçıları müəyyənləşib.

“Aimchess USRapid” adlanan turnirdə 16 şahmatçı mübarizə aparacaq. Yarışda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da iştirak edəcək.

Nüfuzlu turnir avqustun 28-də start götürəcək və sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.

“Champions Chess Tour”un final mərhələsi sentyabrın 25-də start götürəcək. Yarışın mükafat fondu 300 min ABŞ dolları olacaq.

Xəbər 344 dəfə oxundu.