Sabah yeniyetmə və gənc karateçilər arasında Avropa çempionatı start götürəcək
Sabah Finlandiyanın Tampere şəhərində yeniyetmə və gənc karateçilər arasında Avropa çempionatı start götürəcək.

Azərbaycan milli komandasının heyətində 14-15 yaşlı yeniyetmələr arasında 10 karateçi yer alıb. Səkkiz idmançımız 16-17 yaşlı gənclərin, daha 10 karateçimiz isə 18-21 yaşadək gənclərin yarışlarında mübarizə aparacaq.

Yeniyetmə və gənclərin 48-ci, 21 yaşadək gənclərin isə 13-cü Avropa çempionatında 45 ölkədən 1008 idmançı mübarizə aparacaq. Yarışlar avqustun 22-dək davam edəcək.

Xəbər 339 dəfə oxundu.