Azərbaycan millisinin birinci MDB Oyunları üçünü heyəti açıqlanıb
Sentyabrın 4-11-də Kazanda keçiriləcək birinci MDB Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunacaq.

Badminton yarışlarında ölkəmizin idman şərəfini Amrı Xadafı, Dvi Panqestu, Aqil Qəbilov, Rəvan Niftəliyev, Nigar Əliyeva, Era Maftuha, Mədinə Nağıyeva və Həcər Nuriyeva qoruyacaqlar.

Basketbolun 3x3 növündə millimizin heyətində Cəbrayıl Əkbərov, Endər Poladxanlı, Elşad Şirzadov və Mert İlhan yer alıblar.

Boks yarışlarında ölkəmizi İbrahim Zeynalov, Ramal Yolçuyev, Tağı Nəsibov, Məhəmmədəli Qasımzadə, Ziya Həsənov, Aysu İsmayılova, Liliya Platova, Qızbəs İsgəndər və Emili Rzayeva təmsil edəcəklər.

Tarixdə ilk dəfə təşkil olunacaq Oyunların cüdo yarışlarında 16 idmançımız tatami üzərinə çıxacaq. Heyətdə Rövşən Əliyev, Yaşar Nəcəfov, Elçin Hüseynov, Nurlan Osmanov, Nərmin Əmirli, Murad Fətiyev, Zelim Tckaev, Adil Kərimli, Camal Feyziyev, Əhməd Yusifov, Ramilə Əliyeva, Şəfəq Həmidova, Zeynəb Məmmədova, Səbinə Əliyeva, Diana Şoranova və Südabə Ağayeva yer alıblar.

Birinci MDB Oyunlarının futzal yarışlarında çıxış edəcək milli komandamızın heyətində Xəzər Ağalizadə, Nurlan Məmmədov, Fərid Mikayılov, Məhəmməd Abbasov, Fariz Mehralıyev, Əli Mahmudov, Mirzə Əmirov, Şaiq Vəlizadə, Asiman Yusubov, Şahmar Cəfərli, Fuad Məmədzadə, Elgün Rzayev və Azər Fərmanov mübarizə aparacaqlar.

Emin Məmmədov, Kənan Pənahov, İbrahim Ansari, Adil Əhmədzadə, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova stolüstü tennis yarışlarında güclərini sınayacaqlar.

Stend və güllə atıcılığı yarışlarında Xanna Əliyeva və Ramiz Xəlilov medallar uğrunda mübarizə aparacaqlar.

Karate yarışlarında ölkəmizi Əminağa Quliyev, Sultan Hüseynov, Hüseyn Məmmədli, Nuran Rzazadə, Tale Yaqubov, Fərid Ağayev, Abbas Dadaşov, Hüseyn Hüseynzadə, Musa Sarızadə, Osman Osmanlı, Ceyhun İsmayılov, Həsənəli Həsənov, İnci Əzizova, Mədinə Sadıxova, Renata Ərəbli, Səma İmanzadə, Zəhra Əliverdiyeva, Alika Semixova, Samirə Babayeva və Emiliya Mitlinova təmsil edəcəklər.

Kəmər güləşi yarışlarında Məhərrəm Eyvazov, Nahid Vəliyev, Sənubər Nəbiyeva və Aytəkin Paşazadə birincilik uğrunda mübarizə aparacaqlar.

Fərhad Ocaqverdiyev, Həsən Ağazadə, Əlisəftər Məmmədli, Elvar Nəhmətzadə və Camal Feyziyev köreş yarışlarında çıxış edəcəklər.

Qadın güləşi yarışlarında Şəhanə Nəzərova, Tatyana Varansova, Yasəmən Məcidli, Jalə Əliyeva, Birgül Soltanova və Ceyla Nağızadə, sərbəst güləşçilərimizdən Əliabbas Rzazadə, Tural Hüseynov, Sabir Cəfərov, Cəbrayıl Hacıyev, Əşrəf Aşırlı, Abubakr Abakarov, Osman Nurməhəmmədov, İslam İlyasov, Aydın Əhmədov, Turan Bayramov, yunan-Roma güləşi yarışlarında isə Elmir Əliyev, Nihat Məmmədli, Ziya Babaşov, Həsrət Cəfərov, Xasay Həsənli, Elcan Məmmədov, Murad Əhmədiyev, Laçın Vəliyev və Sərxan Məmmədov xalça üzərinə çıxacaqlar.

Sambo idman növündə ölkəmizi Nicat Məmmədli, Elvin Bağırov, Kamran Qasımov, Ağani Məmmədov, Adil Adilzadə, Rəsul Aydəmirov və Toğrul Salmanov təmsil edəcəklər.

Muay-tay (tayboks) yarışlarında Leyanna Mari Sayer, Musa Nuruzadə, Əli Əliyev, Məhər Əsədzadə, Rəvan Ağazadə və Məmməd Əmrəliyev mübarizə aparacaqlar.

Xəbər 479 dəfə oxundu.