Şahmatçılarımız Botvinnik memorialında mübarizəyə başlayırlar
Bu gün Moskvada 14 yaşadək şahmatçılar arasında Botvinnik memorialı start götürür.

14 yaşadək şahmatçılar arasında keçiriləcək yarışda Azərbaycan, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacıkistan, Özbəkistan, Latviya və Ermənistan təmsilçiləri iştirak edəcəklər.

Qeyd edək ki, hər bir federasiyadan turnirdə iki şahmatçı iştirak edəcək. Azərbaycanı yarışda Cahandar Azdəliyev və Nazlı Hümbətova təmsil edəcəklər.

Turnir doqquz turdan ibarət olacaq və avqustun 24-dək davam edəcək. İlk turun oyunları bu gün Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Xəbər 332 dəfə oxundu.