Azərbaycan millisi Serbiyada ilk məşqinə çıxıb
Avropa çempionatında iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqraddakı “Stark” idman zalında ilk məşqinə çıxıb.

A qrupunda mübarizə aparacaq komandamız Avropa çempionatında ilk matçını avqustun 20-də Belçika millisinə qarşı keçirəcək. Ertəsi gün yığmamız Bosniya və Herseqovina, ayın 22-də Rusiya, iki gün sonra Serbiya, avqustun 25-də isə Fransa ilə qarşılaşacaq.

Komandamızın oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Xəbər 326 dəfə oxundu.