“Qarabağ” klubu bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək
Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Turnirin pley-off mərhələsinin ilk oyunları çərçivəsində Ağdam təmsilçisi Şotlandiyanın “Aberdin” komandasını qəbul edəcək.

Saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək matç Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Rade Obrenoviç olacaq. Ona Yure Praprotnik və Aleksandar Kasapoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Asmir Saqrkoviç yerinə yetirəcək.

Ağdam təmsilçisinin heyətində zədəlilər Bədavi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyev oyunu buraxacaqlar. Qonaqlarda isə uelsli hücumçu Rayan Heces dizindəki zədəyə görə heyətdən çıxarılıb.

Xəbər 336 dəfə oxundu.