"Qarabağ" klubu afrikalı futbolçu ilə müqavilə imzalayıb
Ağdamın "Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Azsport.az kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi seneqallı hücumçu İbrahima Vadjini transfer edib.

Son klubu Norveçin "Haugesund" komandası olan 26 yaşlı forvardla üçillik müqavilə imzalanıb.

Afrikalı oyunçu "Qarabağ"da 25 nömrəli formanı geyinəcək.

Xəbər 336 dəfə oxundu.