"Sabah" klubu cərimələnib, futbolçuya bir oyunluq cəza verilib
AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Mikels Coy-Lensə bir oyunluq cəza verib.

Buna 28 yaşlı yarımmüdafiəçinin "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın I tur matçında qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub.

Komitə paytaxt təmsilçisini isə 200 manat məbləğində cərimələyib.

"Report"

Xəbər 327 dəfə oxundu.