Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi müəyyənləşib
Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Super Liqa təmsilçisini bundan sonra Cihat Arslan çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Əlli bir yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Cihat Arslan bu vəzifədə ölkə çempionatının ilk turundan sonra istefaya göndərilən Şenol Canı əvəzləyib.

Xəbər 324 dəfə oxundu.