Şahmatçılarımızdan ikisi Aqzamov memorialının üçüncü turunda qələbə qazanıb | |
Özbəkistanın paytaxtı Daşkənddə Aqzamov şahmat memorialının üçüncü turunun oyunları keçirilib. Yarışın güclü A turnirində Azərbaycanın üç şahmatçısı - Misrətdin İsgəndərov, Məhəmməd Muradlı və Vüqar Rəsulov iştirak edirlər. M.İsgəndərov və V.Rəsulov üçüncü turda qələbə qazanıblar. M.Muradlı isə uduzub. Hazırda hər üç şahmatçımızın 2 xalı var. Doqquz turdan ibarət turnir avqustun 22-dək davam edəcək. |
|
Xəbər 372 dəfə oxundu. |
|
|