Güləşçimiz Əşrəf Aşırov dünya çempionatını ikinci pillədə başa vurub
Sərbəst güləşçimiz Əşrəf Aşırov (79 kq) Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında ikinci olub.

Ə.Aşırov dünya çempionatına Latviya təmsilçisi üzərində inamlı qələbə ilə start verib. Monqolustan güləşçisi də eyni aqibətlə üzləşib. Qırğızıstan idmançısından da güclü olan Ə.Aşırov yarımfinala vəsiqə qazanıb. Növbəti görüşdə idmançımız Qazaxıstan güləşçisini xalçadan məyus yola salıb və finala yüksəlib. Avqustun 17-də qızıl medal uğrunda görüşdə idmançımızın rəqibi İran təmsilçisi Məhəmməd Noxodilarimi olub. Rəqibinə məğlub olan güləşçimiz dünya çempionatının gümüş medalı ilə kifayətlənib.

Daha əvvəl sərbəst güləşçilərimizdən Zirəddin Bayramov (65 kq) və Cəbrayıl Hacıyev (70 kq) də gümüş medala sahib olublar.

Xəbər 342 dəfə oxundu.