Güləşçimiz Zirəddin Bayramov dünya çempionatında gümüş medal qazanıb
Sərbəst güləşçimiz Zirəddin Bayramov Rusiyanın Ufa şəhərində gənclər arasında keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Çempionatda 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz ilk görüşdə tacikistanlı idmançını üstələyib. Z.Bayramov gürcü rəqibi ilə qarşılaşmada hesabda 2:5 geridə olsa da, inanılmaz əzmkarlıq göstərərək tam üstünlüklə qalib gəlib və yarımfinala yüksəlib. ABŞ təmsilçisini də üstələn Z.Bayramov adını finala yazdırıb. Avqustun 17-də keçirilən həlledici görüşdə idmançımız yerli idmançı Şamil Məmmədova uduzaraq gümüş medalla kifayətlənib.

Xəbər 333 dəfə oxundu.