Şağan Olimpiya İdman Kompleksində florbol yarışı keçirilib
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Şağan Olimpiya İdman Kompleksinin meydançasında oğlanlar arasında florbol yarışı keçirilib.

Yarış “UNIFIED Sports” (İnklüziv birləşmiş idman komandası) proqramına uyğun olaraq 2 divizionda təşkil olunub.

Turnirin ən güclü divizionunda birinci yeri Sabunçu rayonu 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin komandası tutub.

Qeyd edək ki, yarışlarda hər biri 10 idmançı olmaqla 12 komanda iştirak edib. Turnir 2022-ci il yanvarın 18-29-da Kazan şəhərində keçiriləcək Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarına hazırlıq və yoxlama xarakteri daşıyıb.

Xəbər 349 dəfə oxundu.