Cüdoçumuz Avropa birinciliyinin finalında mübarizə aparacaq
Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyi davam edir.

Oğlanların yarışında cüdoçularımızdan Xəyal Həsənov (50 kq) yarımfinalda komanda yoldaşı Babarəhim Mirzəyevi məğlub edərək finala vəsiqə qazanıb.

Avropa birinciliyi avqustun 19-dək davam edəcək.

Xəbər 361 dəfə oxundu.