Avropa birinciliyi: Dörd cüdoçumuz yarımfinala yüksəlib
Bu gün Latviyanın paytaxtı Riqada Azərbaycan cüdoçularının da qatıldığı yeniyetmələr arasında Avropa birinciliyi start götürüb.

Yarışda ölkəmizi 14 cüdoçu təmsil edir.

Oğlanların yarışında Aydın Rzayev (60 kq) Andreas Priftisi (Yunanıstan), Ruy Anjosu (Portuqaliya) və Robert Sorkini (İsrail), Babarəhim Mirzəyev Konstantinos Tsaparas (Yunanıstan), Quentın Marteau (Fransa), Xəyal Həsənov (hər ikisi 50 kq) isə Maksim Tara (Moldova) və Sebastyan Kolları (Macarıstan) məğlub edərək yarımfinala yüksəliblər.

Qızların yarışında isə Aydan Vəliyeva (48 kq) Alisia Poulanqer (Fransa) və Sofiya Mazolla (İtaliya) üzərində qələbə qazanaraq yarımfinala adlayıb.

Avropa birinciliyi avqustun 19-dək davam edəcək.

Xəbər 355 dəfə oxundu.