“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin Mərakeş milli komandasına dəvət olunub
Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Sabir Buqrin Mərakeş milli komandasına dəvət olunub.

25 yaşlı futbolçu millinin dünya çempionatının seçmə mərhələsi matçlarından əvvəl keçiriləcək seleksiya xarakterli yoldaşlıq oyunlarında iştirak edəcək. O, yığma komandanın düşərgəsinə avqustun 30-da qoşulacaq.

Qeyd edək ki, ötən ilin yayında transfer olunan Buqrin “Neftçi”nin heyətində meydana çıxdığı 35 oyunda 5 qola imza atıb.

Xəbər 339 dəfə oxundu.