Cüdoçularımız Avropa birinciliyində mübarizəyə başlayıblar
Bu gün Latviyanın paytaxtı Riqada ə Azərbaycan cüdoçularının da qatıldığı yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyi start götürüb.

Yarışda ölkəmizi 14 cüdoçu təmsil edir. Belə ki, oğlanların yarışında Xəyal Həsənov, Babarəhim Mirzəyev (50 kq), İslam Rəhimov (55 kq), Zahir Ağazadə, Aydın Rzayev (60 kq), Qədir Hüseynov (66 kq), Məmmədrza Hacızadə, Toğrul İbrahimov (73 kq), İsmayıl Zamanov (81 kq) və Əlirza Şıxəlizadə (90 kq) mübarizə aparacaqlar. Qızlar arasında keçirilən yarışda isə Leyla Dəmirova, Fəridə Mirzəyeva (44 kq), Könül Əliyeva və Aydan Vəliyeva (48 kq) iştirak edirlər.

Avropa birinciliyi avqustun 19-dək davam edəcək.

Xəbər 346 dəfə oxundu.