London-2012: Ramin italiyalıya qarşı
London Yay Olimpiya Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib. Millimizin üzvü Ramin Əzizov tatami üzərinə çıxıb.
80 kq çəki dərəcəsində yarışan Ramin 1/8 finalda ikiqat olimpiya çempionu və bürünc mükafatçısı, eləcə 5 dəfə dünya çempionu, yarışın favoritlərindən sayılan 33 yaşlı amerikalı Stiven Lopeslə qarşılaşıb. Dünya reytinqində 1-ci olan Əzizov ilk raundda 0:1 uduzsa da, ardınca 2:0 hesablı qələbə qazanıb. Son hissə 1:1 hesabı ilə bitib. Ümumilikdə 3:2 hesablı qələbə qazanan Ramin 1/4 finala çıxıb.
Onun növbəti rəqibi Rəsul Abdulrəhimi (Qırğızıstan) yenən italiyalı Mauro Sarmiento olacaq. Döyüş Bakı vaxtı ilə saat 19.15-də başlayacaq.

Xəbər 1068 dəfə oxundu.