Millimizin dünya çempionatı üçün heyəti açıqlanıb
Avqustun 16-da Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı başlayıb.

Mundialda iştirak edəcək qızlardan ibarət millimiz artıq Rusiyadadır.

Yarışda böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Gültəkin Şirinova (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (59 kq), Birgül Soltanova (62 kq) və Nigar Mirzəzadə (65 kq) qüvvəsini sınayacaqlar.

Avqustun 18-də Gültəkin Şirinova və Jalə Əliyeva xalça üzərinə çıxacaq. Ertəsi gün isə Elnurə Məmmədova, Birgül Soltanova və Nigar Mirzəzadə mübarizəyə qoşulacaqlar.

Xəbər 358 dəfə oxundu.