“Keşlə”nin futbolçusu Moldova yığmasına dəvət alıb
Bakının “Keşlə” klubunun futbolçusu Stanislav Namaşko Moldova yığmasına dəvət alıb.

Moldova millisinin baş məşqçisi Roberto Bordin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avstriya (1 sentyabr), Şotlandiya (4 sentyabr) və Farer Adaları (7 sentyabr) yığmalarına qarşı keçirəcəkləri oyunlar üçün futbolçuya dəvət göndərib.

Bordin daha əvvəl Azərbaycanda “Neftçi” komandasında baş məşqçilik edib.

Xəbər 315 dəfə oxundu.