Qadın şahmatçıların iddiaçılar turnirini keçirmək istəyən federasiyalar üçün açıq tender elan edilib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2022-ci ildə baş tutacaq qadınlar arasında iddiaçılar turnirini keçirmək istəyən federasiyalar üçün açıq tender elan edib.

Bu yarışa ev sahibliyi etmək istəyən ölkələr sentyabrın 16-dək FIDE-yə müraciət yollamalıdır. Daha sonra isə müraciət edən federasiyalar digər prosedurlara cəlb olunacaqlar. 2022-ci il yanvarın 1-dək yarışa ev sahibliyi edəcək şəhərin adı elan olunacaq.

Qeyd edək ki, qadınların yarışında səkkiz şahmatçı iştirak edəcək və yarışın ümumi mükafat fondu 250 min avro təşkil edəcək.

Xəbər 337 dəfə oxundu.