Millimizin rəqibi olan Portuqaliya yığmasının heyəti açıqlanıb
DÇ-2014ün seçmə mərhələsində millimizin rəqibi olan Portuqaliya yığmasının heyəti açıqlanıb. Baş məşqçi Paulu Bentu avqustun 15-də Panama millisi ilə baş tutacaq yodaşlıq oyunu üçün 22 futbolçuya dəvət göndərib.
22 futbolçudan 12-si legionerdi. Heyətdə ən çox “Braqa”, “Portu” və “Real”ın oyunçuları yer alıb. Portuqaliyalı klublarından 4, İspaniya təmsilçisində 3 futbolçuya dəvət göndərilib.
Qeyd edək ki, millimiz Portuqaliya ilə ilk oyununu bu ilin 11 sentyabrında səfərdə, cavab matçı 2013-cü ilin 26 martında Bakıda keçiriləcək.
Qapıçılar: Ruy Patrisiu (Sportinq), Eduardo (İstanbul BB, Türkiyə), Betu (Braqa).
Müdafiəçilər: Joau Pereyra, Rikardo Koşta (hər ikisi “Valensiya”, İspaniya), Pepe, Fabio Koentau (hər ikisi “Real”, İspaniya), Bruno Alveş (Zenit, Rusiya), Rolandu, Migel Lopes (hər ikisi “Portu”).
Yarımmüdafiəçilər: Joao Moutinyo (Portu), Karlos Martins (Benfika), Raul Meyreleş (Çelsi, İngiltərə), Ruben Mikael, Kustodio, Uqo Viana (hamısı “Braqa”), Migel Velozo (Dinamo, Ukrayna).
Hücumçular: Kristiano Ronaldo (Real, İspaniya), Elder Poştiqa (Saraqosa, İspaniya), Nani (Mançester Yunayted, İngiltərə), Uqo Almeyda (Beşiktaş, Türkiyə), Silvestr Varela (Portu), Nelson Oliveyra (Deportivo, İspaniya).

Xəbər 1143 dəfə oxundu.