Peşəkar Tennisçilər Assosiasiyasının yeni reytinq siyahısında Novak Cokoviç liderliyini davam etdirir
Peşəkar Tennisçilər Assosiasiyası (ATP) avqustun 16-da “Masters” seriyası çərçivəsində Torontoda keçirilən turnirin başa çatmasından sonra raketka ustalarının yeni reytinq cədvəlini açıqlayıb.

Yeni reytinq siyahısının ilk onluğunda yerdəyişmə baş verməyib. Dünyanın 1 nömrəli raketka ustası serbiyalı Novak Cokoviç Torontodakı turnirə qatılmamasına baxmayaraq, 12 113 xalla liderliyini qoruyub saxlayır. Torontodakı turnirin qalibi olan rusiyalı Daniil Medvedev ikinci sıradadır – 10 620. Yunanıstan təmsilçisi Stefanos Tsitsipas (8350) üçüncü, ispaniyalı Rafael Nadal (7815) dördüncü, almaniyalı Aleksandr Zverev (7263) beşincidir.

İlk onluğun sonrakı pillələrində müvafiq olaraq, avstraliyalı Dominik Tim (7005), rusiyalı Andrey Rublev (6005), italiyalı Matteo Berrettini (5533), isveçrəli Roje Federer (4215) və kanadalı Denis Şapovalov (3625) qərarlaşıblar.

Xəbər 487 dəfə oxundu.