Əfqanıstan milli komandası Tokio Yay Paralimpiya Oyunlarına qatılmaqdan imtina etmək niyyətindədir
Əfqanıstan milli komandası ölkədə baş verənlərlə əlaqədar Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarına qatılmaqdan imtina etmək niyyətindədir.

Bu barədə Kyodo agentliyi məlumat yayıb. Qeyd edilib ki, mövcud çətin vəziyyətdə Əfqanıstan paralimpiyaçılarının Tokioya getmək imkanları yoxdur.

Əfqanıstanda bütün ölkəyə nəzarəti ələ alan “Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar. Taliblər hökumət qüvvələri tərəfindən tərk edilən dövlət binalarını ələ keçiriblər. Prezident Məhəmməd Əşrəf Qaninin ölkəni tərk etdiyi bildirilir.

Tokioda Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.


Xəbər 330 dəfə oxundu.