Avropa birinciliyində Azərbaycanı 14 cüdoçu təmsil edəcək
Latviyanın paytaxtı Riqada avqustun 17-də Azərbaycan cüdoçularının da qatılacağı yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyi start götürəcək.

Qitə birinciliyində Azərbaycanı 14 cüdoçu təmsil edəcək. Belə ki, oğlanlar arasında Xəyal Həsənov, Babarəhim Mirzəyev (50 kq), İslam Rəhimov (55 kq), Zahir Ağazadə, Aydın Rzayev (60 kq), Qədir Hüseynov (66 kq), Məmmədrza Hacızadə, Toğrul İbrahimov (73 kq), İsmayıl Zamanov (81 kq) və Əlirza Şıxəlizadə (90 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qızların yarışında isə Leyla Dəmirova, Fəridə Mirzəyev (44 kq), Könül Əliyeva və Aydan Vəliyeva (48 kq) iştirak edəcəklər.

Avqustun 19-dək davam edəcək turnirə 37 ölkədən cüdoçular qatılacaqlar.

Xəbər 342 dəfə oxundu.