Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin V Beynəlxalq İdman Oyunlarının təşkili və keçirilməsi AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində birgə əməkdaşlığının genişləndirilməsi, xalqlar arasında dostluq və sülhün daha da möhkəmləndirilməsi məqsədi ilə Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin və İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının təkliflərini nəzərə alaraq qərara alıram:
1. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin “Sülh və sağlamlıq dostluqdadır” devizi altında V Beynəlxalq İdman Oyunları 23-27 sentyabr 2005-ci il tarixində Bakı şəhərində keçirilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti V Beynəlxalq İdman Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsini təmin etmək üçün müvafiq tədbirlər görsün.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 mart 2005-ci il.

Xəbər 1197 dəfə oxundu.