Şahmatçılarımız Aqzamov memorialında mübarizəyə başlayırlar
Avqustun 16-da Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Aqzamov memorialının birinci turunun oyunları keçiriləcək.

Yarışın güclü A turnirində Azərbaycanın 3 şahmatçısı - Misrətdin İsgəndərov, Məhəmməd Muradlı və Vüqar Rəsulov iştirak edir.

Hər üç idmançımız yerli şahmatçılarla mübarizə aparacaqlar. Belə ki, M.İsgəndərov Muxiddin Madaminov, M.Muradlı Qayrat Halilov, V.Rəsulov Umida Omonovla üz-üzə gələcəklər.

Yarış avqustun 22-dək davam edəcək.

Xəbər 311 dəfə oxundu.