Millimizin Bosniya və Herseqovina yığması ilə oyunlar üçün heyəti açıqlanıb
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət millisi ilə avqustun 17-də və 19-da yoldaşlıq oyunu keçirəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Bosniya və Herseqovinada təşkil olunacaq oyunlar üçün U-17 millimizin heyətinə Vaqif Məlik-Yeqanov (“Qarabağ”), Məmməd Muradov, Ravil Qafarov, Samir Ağayev, Murad Musayev (hamısı “Qəbələ”), Musa Məmmədov, Rauf Hüseynli (hər ikisi “Qarabağ”), Rüfət Abbasov (“Neftçi”), Arzu Atakişiyev (“Kəpəz”), Rüfət Bədəlzadə (“Qəbələ”), Ömər Qurbanov (“Neftçi”), Şahin Şahniyarov (“Qəbələ”), Murad Ələkbərov (“Zirə”), Maksud Dursunov (“Dinamo”, Rusiya), Eşqin Əhmədov (“Qəbələ”), Adəm Topalov (“Səbail”), Murad Məmmədov (“Neftçi”), İbrahim Ağayarov (“Qarabağ”), Nahid Əliyev

(“Moskovskaya Zastava”, Rusiya), Sənan Ağalarov (“Qəbələ”) və

Sadiq Şəfiyev (“Kəpəz”) dəvət olunublar.

Xəbər 388 dəfə oxundu.