“Saint Louis Rapid and Blitz 2021”: Şəhriyar Məmmədyarov turnirdə 6-cı yeri tutub
ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun da qatıldığı “Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsi – “Saint Louis Rapid and Blitz 2021” turnirinə yekun vurulub.

Ş.Məmmədyarov turnirin blits yarışının son 9 turunda 3 qələbə qazanıb, 2 heç-heçə edib, 4 turda məğlub olub.

Şahmatçımız rapid və blits turnirlərində ümumi nəticəyə görə, 17 xalla 6-cı yeri tutub.

Mərhələnin mükafat fondu 150 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.

Xəbər 635 dəfə oxundu.